Əsas Səhifə > Şou-biznes > “Pul düşkünü olmamışam, mənə, övladlarıma yetəcək qədər olsun bəsimdir”

“Pul düşkünü olmamışam, mənə, övladlarıma yetəcək qədər olsun bəsimdir”


16-11-2022, 09:48
“Pul düşkünü olmamışam, mənə, övladlarıma yetəcək qədər olsun bəsimdir”
“Heç vaxt pul düşkünü olmamışam. Pul hamıya lazımdır, pulun qızdırmasına dözən insan da lazımdır. Bu da var. Mən Allaha heç vaxt yalvarmamışam ki, mənə var-dövlət ver. Mənə, övladlarıma yetəcək qədər ruzini ver, bəsimdir. Kiminsə ağır gününə sevinmək mənlik deyil. Qəlbim çox kövrəkdir”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. O daha sonra öz dövrü ilə indiki dövrü müqayisə edib.

“Övladlarımın üstündə hər zaman əsmişəm, möhkəm durmuşam, lazım gələndə döymüşəm də, acıqlanmışam da. Bütün bunlar olmasa mümkün deyil. Uşaq nədənsə çəkinməlidir. İnsanda xarakter doğulanda gəlir. Elə uşaq var ki, heç mümkün deyil, bacarmaq olmur. 1 yaşındakı uşaq telefonu özü açır, özü bağlayır, hər yerə daxil ola bilir. Bizi valideynlərimiz qoymayıb ki, televizora baxaq. Deyib ki, gözünüzü kitab çıxarsın, oxuyun. 6 uşaq olmuşuq, hamımızı anam elə saxlayıb, nəfəs almağa imkan verməyib” deyə müğənni bildirib.

Sənətçi onu barbi kuklasına oxşatdıqlarını da bildirib.

“Bu gün də Ruhəngiz deyiləndə deyirlər ki, hansı Ruhəngiz? Adım yaddan çıxır, deyirlər ki, hansı, barbi?! İnsanların yaddaşında belə qalmışam. İllər keçsə də barbi deyə çağırırlar. O vaxt mənim geyimlərim Amerikadan gəlmişdi. O geyimləri geyinəndə uşaqlar görüb ata-analarına deyirdilər ki, barbi gəldi. O zamandan artıq adət şəkilini aldı, böyüklər də mənə bu adla müraciət etməyə başladılar. İnşallah çox yaşayacağam və heç vaxt qocalmayacam” deyə müğənni bildirib.

Müğənni maddi durumundan da danışıb.

“Ağlım kəsəndən özüm-özümü geyindirmişəm, özüm-özümə baxmışam, bütün hər şeyi özüm-özüm üçün etmişəm. Bir yerdən gəlirim olub, o da ki, mən olmuşam. Sənətimdən qazanmışam, özümə, ailəmə xərcləmişəm. Amma sənətimə də pullar qoymuşam” deyə müğənni bildirib.

Geri qayıt