Əsas Səhifə > Şou-biznes > Aşıq Namiq Fərhadoğlu qəzaya düşüb

Aşıq Namiq Fərhadoğlu qəzaya düşüb


13-10-2022, 08:43
Aşıq Namiq Fərhadoğlu qəzaya düşüb
Aşıq Namiq Fərhadoğlu qəzaya düşüb.

DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Bakının Nizami rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, Namiq Hüseynov idarə etdiyi 99-NF-002 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobili ilə işıqforun qırmızı işığında dayanıb. Bu zaman yüksək sürətlə hərəkət edən 77-HB-375 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobil qarşıda dayanan 99-PS-832 dövlət nömrə nişanlı “Renault”a çırpılıb.

“Renault” isə Namiq Hüseynovun maşınına dəyərək dayanıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sənətçinin özü də qəza ilə bağlı instaqram hesabında video paylaşıb.


Geri qayıt