Əsas Səhifə > Şou-biznes > Türkiyə əsilli kaskadyor Azərbaycanlı rejissorları BİABIR ETDİ

Türkiyə əsilli kaskadyor Azərbaycanlı rejissorları BİABIR ETDİ


6-10-2022, 17:23
Türkiyə əsilli kaskadyor Azərbaycanlı rejissorları BİABIR ETDİ
Həm aktyorluq, həm də kaskadyorluq fəaliyyəti ilə məşğul olan Sain Fərhad Fərmanlı sosial şəbəkə hesabında Azərbaycan filmlərinə çəkilən aktyorlara verilən qonorarın azlığından gileylənib.

“Qarabağa aid 8 seriyalı filmdə işləməyimizi istədilər. Qonorar dedik, istəmədilər. Bunların fikri, 6 manat verib bizi bütün havalarda oynatmaqdır. Nə sutkalıq pul istədik, nə də başqa bir şey. Sadəcə, endirimlə öz haqqımız olan qonorarın yarısını dedik. İndi də gedib yenə başqa ölkədən aktyor gətirəcəklər. Onlara pulları çatacaq amma. Bu ölkənin kinosuna xidmət etməyə dəyməz. Çatan istifadə etmək istəyir. Hamı istəyir varlansın, amma sənin haqqını verməsin”.
Qeyd edək ki, Sain Fərhad Fərmanlı beynəlxalq festivallarda həm Azərbaycanı, həm də Türkiyəni təmsil edir.

O Hollivudda peşəkar "Kaskadyorluq və Döyüş Xoreoqrafiysı" kurslarını Fərqlənmə sertifikatı ilə bitirib, döyüş səhnələri üzrə Beynəlxalq dərəcəli xoreoqraf, Beynəlxalq Nomad Stunts peşəkar kaskadyorlar qrupunun Azərbaycandakı nümayəndəsi, Azərbaycan Action Academy təsisçisi, döyüş növləri üzrə mütəxəssisdir.
//LENT.AZ//
Geri qayıt