Əsas Səhifə > Şou-biznes > “İndi sənətdə tənqid yoxdur, səbəb laqeydlikdir...”

“İndi sənətdə tənqid yoxdur, səbəb laqeydlikdir...”


5-10-2022, 12:04
“İndi sənətdə tənqid yoxdur, səbəb laqeydlikdir...”
“İndi sənətdə tənqid yoxdur. Tənqidin yoxluğu isə laqeydlikdən xəbər verir. Laqeydlik isə ən dəhşətli şeydir. Ona görə də yaxşı, sanballı sənət əsərlərinə rast gəlmək olmur”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov bildirib. Xalq artisti qeyd edib ki, tənqidsiz inkişafa nail olmaq mümkün deyil:

“O vaxt bir film çıxanda 50 kinoşünas ona fikir bildirirdi. Filmi, aktyoru, rejissoru, ssenarini tənqid edirdilər. Mən hər zaman tənqidə yaxşı baxmışam. Tənqid yaradıcı insanı istiqamətləndirir, ona səhvlərini görməkdə kömək edir. Tutaq tənqidçi deyir ki, ay aktyor, sən filmin filan yerində filan sözü düzgün səsləndirmirsən. Yaxud bu rolu düz oynamırsan. Əgər sən həqiqətən də istedadlı, yaradıcı adamsansa, gedib fikirləşirsən. Başa düşürsən ki, bu iradı sənə digərləri də tutursa, deməli burada həqiqət var. Beləliklə də öz səhvini düzəldirsən, özünü inkişaf etdirirsən. Bu gün isə bu yoxdur. Ona görə də mövcud mənzərə ürəkaçan deyil”.

Geri qayıt