Əsas Səhifə > Şou-biznes > Tənqidlərdən sonra "Səs Azərbaycan"da dəyişiklik

Tənqidlərdən sonra "Səs Azərbaycan"da dəyişiklik


28-09-2022, 11:59
Tənqidlərdən sonra "Səs Azərbaycan"da dəyişiklik
İTV-də yayımlanan "Səs Azərbaycan" yarışması bu mövsüm yenidən efirə gedəcək.

DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, bu dəfə şounun adı dəyişdirilib. Belə ki, müsabiqə "Səs Azərbaycan: Doğma nəğmələr" adlanır. Yarışmada yalnız Azərbaycan mahnıları təqdim ediləcək. Bu haqda "12xal" məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl İctimai TV-də yayımlanan "Səs Azərbaycan" yarışmasında iştirakçıların yalnız xarici mahnı oxumaları etirazlara səbəb olmuşdu. Hətta münsif kürsüsündə oturan Xalq artisti Brilliant Dadaşova da bunu dəfələrlə tənqid etmişdi.

Qeyd edək ki, sözügedən yarışmanın qalibi Nadir Rüstəmli olmuşdu. O, birincilik əldə edəndən sonra Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edib.

Geri qayıt