Əsas Səhifə > Şou-biznes > Məhkəmə Flora Kərimova ilə bağlı qərar çıxardı

Məhkəmə Flora Kərimova ilə bağlı qərar çıxardı


14-09-2022, 09:01
Məhkəmə Flora Kərimova ilə bağlı qərar çıxardı
Bakı Apellyasiya Məhkəməsində Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında verilmiş apellyasiya şikayətinə baxılıb.

DİA.AZ xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən və apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Qeyd: Nəsimi Rayon Məhkəməsində Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlər üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə müğənni Afət Fərmanqızı və jurnalist Ülviyyə Alovlu tərəfindən verilmiş şikayətləri əsassız hesab edərək icraata qəbul etməyib.

Hər iki şikayət ərizəsində Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunması istənilmişdi.

Geri qayıt