Əsas Səhifə > Şou-biznes > “Toyda şəkil çəkdirmək üstündə dava düşdü, kişi əl çəkmirdi məndən...”

“Toyda şəkil çəkdirmək üstündə dava düşdü, kişi əl çəkmirdi məndən...”


31-08-2022, 09:22
“Toyda şəkil çəkdirmək üstündə dava düşdü, kişi əl çəkmirdi məndən...”
“Bütün istedadlı insanlara mən vergili insan kimi baxıram. Çünki o Allahın bir töhfəsi, hədiyyəsidir ki, həmin insanlara verir. Bəzən 4-5 yaşında oxuyan uşaq görəndə öz uşağlığım gözümün qabağına gəlir. Bu bir şansdır. Bəzən biri çıxıb, nəsə pislik etmək istəyir. Vuranı da, pislik edəni də elə Allah vurur ki, bir də istəsə belə yerindən qalxa bilmir. Anam hər zaman mənə dəstək olub, birinci tənqidçim o olub. Mahnı seçimlərimə də münasibətini bildirir. Lirika gətirən kimi deyir ki, “bu yox”. Oynaq mahnıları çox sevir”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib. O, daha sonra əlavə edib.

“El qınağından hər zaman qorxmuşam. Hər addım atanda fikir vermişəm ki, insanlar nə deyər?! Abır-həyanı gözləmişəm. Ona görə də bu gün insanların sevgisini, rəğbətini qazanmışam. Tamaşaçılar mənə deyir ki, “Mənzurə xanım, efirdən bizə elə müsbət enerji ötürürsünüz ki”. Mən çox xoşbəxtəm ki, insanların hörmətini qazanmışam. Bu gün insanların sevgisini, rəğbətini hər sənətçi qazana bilmir” deyə müğənni bildirib.

Müğənni “Sənət yoldaşlarınız evinizə gəlib-gedir?” sualına isə müğənni belə cavab verib.

“Sənət yoldaşlarım qonaqlıqdan-qonaqlığa evimə gəlib-gedirlər. Hamısının xətrini çox istəyirəm. Amma gündəlik gəlib-getmək yoxdur. Ürəyi istəyən insan zəng edib gəlir. Deyirəm ki, evdəyəm, gəl. Gün axşamacan evə gəlib-gedən yoxdur. Yalan deyə bilmərəm. Çəkilişlərdən-çəkilişə bir-birimizin evinə yığışırıq” deyə sənətçi bildirib.

Müğənni toylarda başına gələn əhvalatları da bizimlə bölüşüb.

“Bir dəfə şəkil çəkdirmək üstündə dava düşdü. Bir kişi əl çəkmirdi, iki dəqiqədən bir gəlib şəkil çəkdirirdi. Sonunda köməkçim dedi ki, nə qədər şəkil çəkdirmək olar?! Bir dəfə də toyda oxuduğum yerdə gəlinin babası rəhmətə getdi. Amma toy öz axarı ilə davam etdi” deyə sənətçi bildirib.

Geri qayıt