Əsas Səhifə > Şou-biznes > İbrahim Tatlısəs bu dəfə də ölümdən qayıtdı

İbrahim Tatlısəs bu dəfə də ölümdən qayıtdı


25-08-2022, 12:50
İbrahim Tatlısəs bu dəfə də ölümdən qayıtdı
DİA.AZ: - Ünlü sənətçi İbrahim Tatlısəs Bodrumda yol qəzasına üşüb. DİA.AZ bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Qeyd edək ki, qəza Türkiyənin istirahət bölgəsi olan Bodrumda baş verib. İçərisində İbrahim Tatlısəsin və qızının olduğu mikroavtobus yük avtomobili ilə toqquşub.

Toqquşmadan sonra avtomobillər yolun kənarına yuvarlanıb. Sənətçi və qızı avtomobildən xilas edilərək xəstəxanaya çatdırılıb.

Onun həyati təhlükəsi olmadığı bildirilir.

DİA.AZ qəza yerindən fotoları təqdim edir:

İbrahim Tatlısəs bu dəfə də ölümdən qayıtdı
İbrahim Tatlısəs bu dəfə də ölümdən qayıtdı

Geri qayıt