Əsas Səhifə > Şou-biznes > "Mənim stilimdə oxuyanların hamısı elə tələbələrimdir"

"Mənim stilimdə oxuyanların hamısı elə tələbələrimdir"


22-07-2022, 09:30
"Mənim stilimdə oxuyanların  hamısı elə tələbələrimdir"
“Bütün jurnalistləri peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Mətbuat bizim əsas təbliğatçımızdır. Bizləri xalqa sevdirən də elə mətbuat olub. Heç vaxt mətbuatdan incik və uzaq düşməmişəm, indi qeyri-peşəkar, savadsız jurnalistlər də peşəkar jurnalist görəndə aradan çıxır. Yaxşı olar ki, onlar da olan bir şeyi yazsınlar. Belə olan halda özlərinə də hörmət etmiş olacaqlar, bizlərə də. Mətbuat xalqın güzgüsüdür, ona görə də düzgün məlumatlar mətbuatda getməlidir”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev deyib. O daha sonra mətbuatla ilk görüşünü xatırlayıb.

“Bu illər ərzində o qədər müsahibələrim olub ki. İlk müsahibəmi İmişlidə rayon qəzetlərindən birinə vermişəm. 1968-ci ildən sonra isə ilk dəfə televiziyaya çıxmışam. Televiziya da mətbuatın ayrılmaz bir hissəsidir. Hər zaman televiziyalardan özümə qarşı böyük rəğbət və hörmət görmüşəm. Bu günki gündə də efirlərdə, proqramlardayam” deyə sənətkar bildirib.

Xalq artisti “Tələbələriniz varmı?” sualına belə cavab verib.

“Mənim stilimdə oxuyanların hamısı elə tələbələrimdir də. İndi buna pop-musiqi deyirlər. O vaxt müasir estradanın meydana gəlməsi yenilik idi. İndi hamı bu səpkidə oxuyur” deyə o bildirib.

Geri qayıt