Əsas Səhifə > Şou-biznes > "İndiki benzin qiymətilə nəzərə alsam görürəm ki..."

"İndiki benzin qiymətilə nəzərə alsam görürəm ki..."


16-07-2022, 11:44
"İndiki benzin qiymətilə nəzərə alsam görürəm ki..."
DİA.AZ: - "İndiki benzin qiymətilə nəzərə alsam görürəm ki, mənim 5.6 motor gücünə sahib olan avtomobilimin yanacaq çəni tam dolması üçün 190 manat pul istəyəcək".

DİA.AZ xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov sosial şəbəkə hesabında yazıb. O, benzinin qiymətinin bahalaşmasından gileylənib. Elcan bildirib ki, taksiylə gəzmək ona daha çox sərf edir:

"Nəzərə alsaq ki, mən tam dolmuş yanacaqla cəmi 405 km yol qət edə bilirəm. Orta hesabla hər 100km- ə 47 manat pul xərcləməliyəm. Eyni məsafəni taksiylə getməli olsam 30 manata başa gəlir. Hətta özüm nə parkinq, nə də parkinq pulu dərdi çəkəcəm. Eyni zamanda artıq maşında rahat telefonla, yaxud planşetlə işləyə biləcəm. Ona görə gecədən götür-qoy edirəm".

Qeyd edək ki, Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiyməti 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək. “Aİ-98” markalı benzinin satışı isə 2 AZN-dən 2,30 AZN-ə qalxıb.

Geri qayıt