Əsas Səhifə > Şou-biznes > "Teleməkana qayıtmağım qismətə və təklifə bağlıdır"

"Teleməkana qayıtmağım qismətə və təklifə bağlıdır"


14-07-2022, 09:06
"Teleməkana qayıtmağım qismətə və təklifə bağlıdır"
“Hələ ki, heç bir televiziya kanalı ilə əməkdaşlığım yoxdur. Teleməkana qayıtmağım qismətə və təklifə bağlıdır. Oynamaq istədiyim maraqlı obrazlar çoxdur. Yeni mövsümdə istərdim ki, hamısını oynayım. Bu il mənim üçün çox uğurlu oldu. Səidə Haqverdiyevanın “Köhnə çamadanlar” adlı filminə çəkildim. Ekran işində əsas obrazlardan biri idim. Film müharibədən əziyyət çəkmiş qadınların taleyinə həsr edilib. Bu mənim üçün böyük bir iş idi. Səidə xanımla yeni bir film üzərində işləyirik, inşallah ki, yay aylarında çəkəcəyik”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aktrisa-aparıcı Zümrüd Qasımova deyib. O, daha sonra əlavə edib.

“Artıq çalışdığım Dövlət Yuğ teatrından yay istirahətinə çıxmışıq. Mövsümün sonudur, 1 aya yaxındır tamaşalarımız dayanıb. Bilirsiniz ki, mən bu yayı yaxşı qarşılamadım, 35 gündür ki, qolum qırılıb, gipsdədir. Ona görə də yay tətili olsa da heç bir yerə gedə bilmirəm. Amma bir müddət əvvəl Konyada festivalda oldum, Alanyada istirahət etdim. 12 gün istirahət edib qayıtdım. Rəfiqəmlə açdığım iki incəsənət mərkəzimiz var, işlərimiz davam edir. Bir iş xanımı olaraq işlərimin başındayam. Bu yay “Simurq” serialına çəkildim, sentyabr ayından İctimai tv-də yayımlanacaq. Yeri gəlmişkən əlimi də həmin serialın çəkilişində qırmışam” deyə aktrisa bildirib.

Geri qayıt