Əsas Səhifə > Şou-biznes > "Adama bir zəng edib, soruşarlar, neynirsiz?"

"Adama bir zəng edib, soruşarlar, neynirsiz?"


5-07-2022, 09:11
"Adama bir zəng edib, soruşarlar, neynirsiz?"
Əməkdar artist, sevilən aktyor Məcnun Hacıbəyovun qəbrinin üstü hələ də götürülməyib. Bu haqda aktyorun sənət dostu, xalq artisti Əli Nur deyib və Mədəniyyət Naziri Anar Kərimova müraciət edib. DİA.AZ-ın məlumatına görə, Məcnun Hacıbəyovun böyük oğlu Ceyhun Hacıbəyov Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirib.

“Atamın məzarüstü abidəsinin dizaynı üzərində işləyirik. Biz istəyirik ki, qəbrin üstündə heykəl ucaldaq. Adi baş daşı olmasın. Ona görə də bu proses yubanır. Əli Nur bunu niyə bizim özümüzə demir ki, nazirliyə müraciət edir! Yaxşı olardı ki, Əli Nur bizim özümüzdən soruşsun ki, vəziyyət nədir, nə deyil?! Bilmirəm, bu insanların deyəsən işi-gücü qurtarıb. Adama bir zəng edib, soruşarlar, neynirsiz? Bəlkə elə hazırdır?! Bəlkə elə biz onu düzəltmişik?! Bir soruşarlar da! Mətbuat da bu xəbəri o dəqiqə tirajlayır. Camaatın işi-gücü qurtarıb, qalıblar daha nə etsinlər! Atamın məzarüstü abidəsi sentyabra qədər hazır olacaq və noyabrda da bilirsiniz ki, onun il mərasimidir” deyə sənətkarın oğlu bildirib.

Qeyd edək ki, əməkdar artist noyabr ayının 21-də vəfat edib! Allah rəhmət etsin!

Geri qayıt