Əsas Səhifə > Şou-biznes > "Bütün bala toyu olan valideynlər kimi mən də həyəcanlıyam"

"Bütün bala toyu olan valideynlər kimi mən də həyəcanlıyam"


8-06-2022, 09:15
"Bütün bala toyu olan valideynlər kimi mən də həyəcanlıyam"
Moderator.az-a daxil olan məlumata görə xalq artisti, sevilən və məşhur aktrisa Həmidə Ömərova toya hazırlaşır. Belə ki, aktrisa oğlunu evləndirir. Məlumatda toyun bu gün paytaxt restoranlarından birində baş tutacağı bildirilir.

Xəbərin doğru olub-olmadığını öyrənmək üçün Moderator.az əməkdaşı xalq artisti ilə əlaqə saxlayıb.

Saytımıza verdiyi özəl müsahibədə aktrisa xəbərin doğru olduğunu təsdiq edib.

“Bəli, oğlumu evləndirirəm. Allah bütün balaları xoşbəxt etsin, hər bir valideyn balasının xoş gününə şahidlik etsin. Əlbəttə ki, bütün bala toyu olan valideynlər kimi mən də həyəcanlıyam. Çünki bu günü çoxdandır gözləyirdim. Nəinki mən, dost-tanış, qohum-əqrabam da. Mənə sual verirdilər ki, Rəhimi nə vaxt evləndirirsən? Hər zaman müsahibələrimdə oğlumu evləndirə bilməməyimdən şikayətlənmişəm. Demək ki, hər şeyin öz vaxtı var idi. Hələ də inanmıram. Hətta toy olandan sonra da inanmayacağam (gülür)” deyə xalq artisti bildirib.

Sənətkar oğlunun toy gününə bir çox sənət yoldaşlarını dəvət etdiyini də bildirib. Qeyd edək ki, Həmidə Ömərovanın Rəhim adından yeganə övladı var.

Geri qayıt