Əsas Səhifə > Şou-biznes > "Hələ ki, nə işlər görəcəyəm, necə olacaq bu haqda söz söyləmək tezdir"

"Hələ ki, nə işlər görəcəyəm, necə olacaq bu haqda söz söyləmək tezdir"


3-06-2022, 08:32
"Hələ ki, nə işlər görəcəyəm, necə olacaq bu haqda söz söyləmək tezdir"
“Yeni sədr seçilmişəm, hələ ki, nə işlər görəcəyəm, necə olacaq bu haqda söz söyləmək tezdir. Təbii ki, Rüstəm İbrahimbəyovdan qalan yarımçıq işləri həyata keçirəcəm. Hələ ki, kollektivlə tanış olmamışam, bu günlərdə görüşəcəm. Kino çəkilməsə kino ittifaqı kimə və yaxud nəyə lazımdır? Gərək kino çəkilsin ki, yerdə qalan digər məsələləri ittifaq həll etsin! Kino tənəzzülə uğramışdı, pandemiya bir az da onu zəiflətdi! Kinonun var olmağı bizlərdən asılı deyil. Biz aktyoruq, ssenari verilir, oxuyub çəkilirik. Yeni kino agentliyi yaradılıb, onunla da sıx əlaqədə olacağıq”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib. O daha sonra səhhətindən danışıb.

“Bilirsiniz ki, yeni əməliyyatdan çıxmışam. İndi də ayağım sözümə baxmır, axsıyıram. Fizioterapiyaya gedirəm. Amma biz kino fədaisiyik, baxmaram ki, xəstəyəm, yenə də maraqlı dəvət olsa gedib çəkilərəm. Təbii ki, filmlərə çəkilmək istəyirəm. Filmlər adətən yay ayında çəkilir. Bilmək olmaz, bəlkə maraqlı təklif oldu?!” deyə sənətkar deyib.

Sənətkar daha sonra kinoşünas Aydın Kazımzadənin onun haqda dediyi ittihamlara cavab verib.

“Mən elə adam tanımıram. Müsahibə verib-verib də. Qoca kişidir! Mən indi qoç döyüşünə girən deyiləm ki? Yuxarıdan təklif etdilər ittifaqın bölünməyini, amma içəridən onlara səs verənlər də çox oldu axı” deyə o bildirib.

Geri qayıt