Əsas Səhifə > Şou-biznes > "Əslində “Komedixana” layihəsini elə mən də Ənvər Abbasovla etmək istəyirdim"

"Əslində “Komedixana” layihəsini elə mən də Ənvər Abbasovla etmək istəyirdim"


26-05-2022, 08:00
"Əslində “Komedixana” layihəsini elə mən də Ənvər Abbasovla etmək istəyirdim"
“Bir müddət ekranlarda olmaq istəmirəm”. DİA.AZ xəbər verir ki, bu sözləri yumor ustası Elməddin Cəfərov Cebhe.info-ya müsahibəsində deyib.

Tanınmış akytor saytımızın “Bizim Gündəm” rubrikasının qonağı olarkən uzun müddətdir seriallarda olmamasının səbəblərini və karyerasına dair maraqlı etiraflar səsləndirib.

- “Bacanaqlar” serialındakı “Taleh” obrazınızı izləyicilər çox sevirdi. Tamaşaçılar sizi onun kimi bir serialda nə zaman görəcək?

- Böyük ehtimalla, yaxın 2-3 il ərzində heç bir serialda rol almayacağam. Baş prodüsserlik etdiyim seriallar olacaq, amma aktyor kimi bir müddət çəkilmək istəmirəm. Çünki bir az yenilənməyə ehtiyacım var və öz-özümü təkrar etmək istəmirəm.

- Bəs aparıcı kimi proqramlara olacaqsınız?

- Artıq aparıcı da olmayacağam. Bir müddət televiziyadan uzaqlaşmaq istəyirəm. Sadəcə prodüsser kimi kadr arxasında işləmək istəyirəm.

- 2018-ci ildə çəkilən “Qaragöz” filminiz çox sevildi. Hətta sosial şəbəkələrdə həmin filmin serial olmasını istəyənlər oldu. Bəs gündəmdə “Qaragöz” serialı varmı?

- Özüm çəkildiyim üçün demirəm, amma “Qaragöz” həqiqətən yaxşı film idi. “Qaragöz” filminin serial variantının çəkilməsi isə məndən asılı olan məsələ deyil. Filmin prodüsseri Orxan Mərdandır və bu, onun istəyi ilə ola bilər. Amma yaxın vaxtlarda bunun olması mümkün deyil.

- “Komedixana” layihəsini ilk olaraq siz etmək istəyirdiniz, amma nəticə etibarilə sizi orada görə bilmədik. Buna səbəb nə oldu?

- Əslində “Komedixana” layihəsini elə mən də Ənvər Abbasovla etmək istəyirdim. Lakin “Xəzər” TV-nin o vaxtkı rəhbəri Şamxal Həsənli (Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun oğlu-red.) müflis oldu və daha sonra da layihəni Ənvərlə etməyə qərar verdi. Yəni avtomatik olaraq mən layihədən uzaqlaşdım. Ondan sonra isə həvəsdən düşdüm. Mən də belə bir layihə etməyi düşünürdüm, amma bu hadisələrin olmağı xoşuma gəlmədi. Amma Ənvərin etdiyi çox möhtəşəmdir. “Komedixana” çox xoşuma gəlir və bu gün hər yerdə ən çox paylaşılan və izlənilən səhnəciklər onlardadır. Həqiqətən çox uğurlu layihədir. Allah xeyirli etsin!

Geri qayıt