Əsas Səhifə > Şou-biznes > Azərbaycan Kinematoqrafçılar İttifaqında hansı yeniliklər gözlənilir?

Azərbaycan Kinematoqrafçılar İttifaqında hansı yeniliklər gözlənilir?


16-05-2022, 15:46
Azərbaycan Kinematoqrafçılar İttifaqında hansı yeniliklər gözlənilir?
Rüstəm İbrahimbəyovun vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri vəzifəsinə Xalq artisti Rasim Balayevin namizədliyi irəli sürülüb və təsdiq edilib.

Azərbaycan kino sənətində xidmətləri olan aktyordan bu vəzifədə də gözləntilər çoxdur.

Maraqlıdır, müasir Azərbaycan kino sənətinin inkişafında, öz şöhrətini qazanmasında bundan sonra hansı addımlar atılacaq? DİA.AZ xəbər verir ki, Xalq artisti, məşhur aktyor, ittifaqın katibi Rasim Balayev Cebhe.info-ya gələcək planlar haqqında danışmaq istəmədiyini bildirib:

“Ayın sonunda konfrans olacaq, həmin konfransda sədr məsələsinə aydınlıq gələcək. Seçim səsvermə ilə olacaq. Ona görə də bu barədə danışmaq hələ tezdir”.

Qeyd edək ki, Rasim Balayev həmin vəzifəyə yeganə namizəddir.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, ssenarist və rejissor, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, Xalq yazıçısı Rüstəm İbrahimbəyov bu il martın 11-də uzun sürən xəstəlikdən Moskva şəhərində 83 yaşında vəfat edib. Bakıda I Fəxri xiyabanda dəfn edilib.

Geri qayıt