Əsas Səhifə > Şou-biznes > Nadir bu gün səhnəyə çıxacaq

Nadir bu gün səhnəyə çıxacaq


12-05-2022, 09:36
Nadir bu gün səhnəyə çıxacaq
Bu gün İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək. DİA.AZ-ın axşam.az-a istinadən məlumatına görə, ikinci yarımfinalda Azərbaycanı “Fade to back” mahnısı ilə təmsil edən Nadir Rüstəmli səhnəyə çıxacaq. O, 4 nömrə altında mahnısını səsləndirəcək.

Azərbaycanla yanaşı bu gün Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Rumıniya, Polşa, Monteneqro, Belçika, İsveç və Çexiyadan olan təmsilçilər də çıxış edəcəklər.

Qeyd edək ki, müsabiqənin finalı mayın 14-də olacaq.

Geri qayıt