Əsas Səhifə > Şou-biznes > "Bilirsiniz ki, bizim maaşlarımız da azdır"

"Bilirsiniz ki, bizim maaşlarımız da azdır"


11-05-2022, 11:47
"Bilirsiniz ki, bizim maaşlarımız da azdır"
“İlk növbədə Cənab Prezidentə təşəkkür edirəm. Ümumiyyətlə, tək sənət adamına deyil, insanlara müəyyən diqqət göstəriləndə daha da yaşamağa həvəsli olurlar. Xüsusilə də sənət adamları daha da yaradıcılığa meyl edir, istəyir ki, nəsə yaratsın. Sənə dəyər veriləndə, o diqqət göstəriləndə elə bil yenidən dünyaya gəlirsən”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib. Aktrisa Prezident mükafatına layiq görüldüyü üçün ölkə başçısına öz təşəkkürünü bildirib:

“Bu bizə ölkə başçısı tərəfindən verilən mükafatdır. Bir il biz pul mükafatı alacağıq. Bu da təbii ki, bizə böyük köməkdir. Əlbəttə, gözləntim var idi. Bilirsiniz ki, bizim maaşlarımız da azdır. Bu isə bizə həm mənəvi, həm də maddi köməkdir. Şükür Allaha ki, artıq teatr sahəsində çalışan insanlarımız da dövlətin diqqət və qayğısından bəhrələnir”.

Geri qayıt