Əsas Səhifə > Şou-biznes > "Eurovision 2022"də finala çıxan ölkələrin siyahısı

"Eurovision 2022"də finala çıxan ölkələrin siyahısı


11-05-2022, 09:12
"Eurovision 2022"də finala çıxan ölkələrin siyahısı
İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, yarışmada Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistandan olan təmsilçilər finala keçmək uğrunda mübarizə aparıblar.

Finala isə 10 ölkə - İsveçrə, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, Ermənistan vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Nadir Rüstəmli mayın 12-də ikinci yarımfinalda çıxış edəcək. Müsabiqənin finalı isə mayın 14-də olacaq.

"Eurovision 2022"də finala çıxan ölkələrin siyahısı

Geri qayıt