Əsas Səhifə > Şou-biznes > Tanınmış müğənnimiz 30 ildən sonra üzə çıxdı:

Tanınmış müğənnimiz 30 ildən sonra üzə çıxdı:


11-04-2022, 09:28
Tanınmış müğənnimiz 30 ildən sonra üzə çıxdı:
DİA.AZ xəbər verir ki, uzun müddətdir efirlərdən və mətbuatdan uzaq düşən tanınmış və sevilən müğənni Züleyxa Mirismayılova üzə çıxıb. Belə ki, ötən gün əməkdar artist Ruhəngiz Musəvinin doğum gününə qatılan sənətkar hamını sevindirib.

Bu haqda Ruhəngiz Musəvi Moderator.az-a danışıb.

“Züleyxa ilə, Flora xanımla mən 70-ci illərdən bəri dostum. Bu dostluq illərə söykənir. Züleyxa ilə xüsusilə biz çox yaxınıq. 90-cı illərdən sonra özü çəkilib kənara. Efirlərə dəfələrlə dəvət alsa da getmir. Mən də deyirəm ki, Züleyxa sənin gözəl səsin var, niyə efirlərdən uzaq düşmüsən? Ad günümdə Züleyxanın da mahnılarını səsləndirdilər. O qədər məlahətli, həzin səsi var ki. Özünü ailəsinə, balasına və nəvələrinə bağlayıb, həsr edib. Heç kimə müsahibə vermir, heç yerə getmir. O mənim Zulinkamdır, bacımdır. Hər zaman mənim də, övladımın da xoş günlərində iştirak edir. O da, Flora xanım da” deyə müğənni bildirib.

Qeyd edək ki, Züleyxa Mirismayılova 30 ildir ki, nə müsahibə verir, nə də efirlərə çıxır. Moderator.az sənətkarın özəl fotolarını sizlərə təqdim edir.

Geri qayıt