Əsas Səhifə > Şou-biznes > "Görün radiolarda bir dənə bayağı musiqi eşidə bilərsiniz?!"

"Görün radiolarda bir dənə bayağı musiqi eşidə bilərsiniz?!"


6-04-2022, 10:14
"Görün radiolarda bir dənə bayağı musiqi eşidə bilərsiniz?!"
“Tamaşaçıların zövqünün korlanmasında birbaşa məsuliyyət televiziyalarındır”. Dia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova “Üzə düz” verilişində deyib.

Onun sözlərinə görə, televiziya verilişlərinə baxmaq olmur: “Bütün günü radionu dinləyirəm. Görün radiolarda bir dənə bayağı musiqi eşidə bilərsiniz?! Xeyr, bu mümkün deyil! Radiolar öz simalarını qoruyub saxladılar, amma təəssüf ki, TV barədə bunu deyə bilməyəcəm. Bəlkə, pul, reytinq xətrinə bunu edirlər? Bilmirəm.

Hər yoldan, küçədən keçəni pul alıb efirə çıxardırlar. Bayağı musiqi bir yana, biz istəyirik ki, verilişə baxanda mədəniyyət öyrənək! Verilişə baxılası deyil. Nə aparıcı, nə qonaq danışığını bilir. Qonaq, aparıcı özünü apara bilmir, aparıcı verilişi apara bilmir! Aparıcı sütun olmalıdır, o ağzını Allah yoluna qoyub efirdə kartof, soğan mövzuları danışdısa, qonaq da onun kimi edir. Mənim və tamaşaçıların təmiz əti tökülür vallah. 10 ildir TV-yə baxmıram, heç özümə də baxmıram!”

Xəlilova, həmçinin heç vaxt toy biznesinə qatılıb çox pul qazanmaq iddiasında olmadığını deyib: “Çünki özümü belə xərcləmək istəmədim. Özümü səhnədə daha yaxşı hiss edirəm. Toy da mini konsertdir. Əgər sən hər gün toyda olsan, konsert verməyə gücün qalmaz ki... Başqa bir məsələ, səni hamı hər gün istədiyi məclisdə görürsə, onda sabah sənin konsertinə kim bilet alıb gələr? Tamaşaçı sənin üçün darıxmalıdır, sən əlçatmaz olmalısan”.

Geri qayıt