Əsas Səhifə > Şou-biznes > "Yaqut heç məni ölməyə qoyar?"

"Yaqut heç məni ölməyə qoyar?"


31-03-2022, 13:07
"Yaqut heç məni ölməyə qoyar?"
"Bir az nasazlamışam, amma ümumən yaxşıyam. Vəziyyətim normaldır". DİA.AZ AzVision.az-a istinadla xəbər verir ki, bunu Xalq artisti Flora Kərimova səhhətinin yaxşı olmaması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.
Müğənni köməkçisi Yaqut xanımın ona yaxşı baxdığını bildirib.

"Yaqut heç məni ölməyə qoyar? Bütün günü nazımla oynayır. Bir az nasazlamışam. Dünən balıq yemişdim. Bəlkə də ondan zəhərlənmişəm və yaxud da soyuqlamışam. Amma sağlamlığım yerindədir. Gördüm darıxıram, dedim, bir az naz atım",-deyə F. Kərimova zarafatla bildirib.

Qeyd edək ki, mətbuatda Xalq artistinin zəhərlənməsi və yatağa düşməsi ilə bağlı məlumat yayılıb.

Geri qayıt