Əsas Səhifə > Şou-biznes > "Başqa heç nə hiss eləmədim"

"Başqa heç nə hiss eləmədim"


25-03-2022, 09:06
"Başqa heç nə hiss eləmədim"
“Mən Novruz bayramını ailəmlə birlikdə kəndimizdə qeyd etdim”. Dia.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Əməkdar artist Yusif Məmmədəliyev söyləyib:

“Balalarım, nəvələrimlə orada oldum. Başqa heç nə hiss eləmədim.

Kəndimizdə dədə-baba adətimizlə hamımız məzarlığı ziyarət etdik, sonra bir yerə toplaşdıq. Hər gün bir-birimizin evində olduq. Dedik-güldük hər zamanki kimi. Fərqli birşey olmadı.

Bayram şirniyyatlarını da qızlarımız, gəlinlərimiz özləri bişirdi, hazırladı. Novruz şirniyyatını da özümüz bişirməyib mağazadan alsaq, nə ləzzəti olacaq?”

Geri qayıt