Əsas Səhifə > Şou-biznes > “Yıxıb-sürümək onların çoxdankı xasiyyətləridir...”

“Yıxıb-sürümək onların çoxdankı xasiyyətləridir...”


11-03-2022, 09:23
“Yıxıb-sürümək onların çoxdankı xasiyyətləridir...”
Tanınmış və sevilən müğənni Şəbnəm Tovuzlunun mətbuata verdiyi müsahibə səs-küyə səbəb olub.

Sənətçi isə bildirib ki, dediyi fikirlər təhrif olunub və bu da insanlar tərəfindən yanlış başa düşülür. DİA.AZ xəbər verir ki, moderator.az-a açıqlama verən Ş. Tovuzlu qalmaqala səbəb olan məsələyə belə aydınlıq gətirib.

“Mən deməmişəm ki, burdakı azərbaycanlılar Rusiyadakıların dırnağı ola bilməz. Mən sadəcə istisna hal kimi qeyd etmişəm ki, bəzilərinə baxanda. Burada elə göylə gedib, özünü böyük aparanlar var ki, ordakı sadə, normal insanlarımızın dırnaqı biləni buradakıların başı bilmir. Və dönə-dönə qeyd etmişəm ki, mən bu sözü hamıya şamil etmirəm. Bəzi müğənniciklər var ki, özlərini “A”, “B” kateqoriyasına bölürlər. Mən də dedim ki, bölgüyə qalanda müğənnilərin “A” kateqoriyasından da ağıllı, yaxşı millətimiz var orada. Düşünürəm ki, düz deyirəm. Guya onların burada getdikləri toy məclislərinə biz getmirik. Vallah biz onlardan da üstünlərinin toylarına gedirik” deyə müğənni bildirib.

Şəbnəm Tovuzlu bu günlərdə qonaq olduğu Seda Sayanın verilişindən də danışıb.

“Bu qədər uğurumdan yazmırlar, iki kəlmə bunlara nə boyda böyük oldu? Türkiyədə 4 efirdə oldum, Bursada solo konsert verdim, 2 minlik zal doldu. Yıxıb sürümək onların çoxdankı xasiyyətləridir. O ki, qaldı Seda Sayanın mənə Sibelcana oxşamağımla bağlı ünvanladığı suala... Mən demirəm ki, Sibelcana oxşayıram, bunu çox adam mənə deyib. Amma mən özümü Sibelcana heç bənzətmirəm, bir az üz quruluşu bənzəyir” deyə müğənni bildirib.

Geri qayıt