Əsas Səhifə > Şou-biznes > "Çox gözəl veriliş idi, heyf ki, bağlandı"

"Çox gözəl veriliş idi, heyf ki, bağlandı"


3-02-2022, 09:22
"Çox gözəl veriliş idi, heyf ki, bağlandı"
“Oktyabr ayından etibarən “Dönə bilsəm” adlı verilişim bağlanıb. Çox gözəl veriliş idi, heyf ki, bağlandı. Təbii ki, hər bir şeyin əvvəli olduğu kimi, sonu da gəlib çatır. Daha sonra 1-2 təklif gəldi, o da qaldı. Uzun illərdir ki, Yuğ teatrında çalışıram, repertuarın əksəriyyətində varam. Bir neçə aydır teatrlar fəaliyyətə başlayandan ancaq tamaşaların bərpasına çalışırıq. Şənbə və bazar günləri hər gün tamaşa oynayıram. Bundan əlavə yazıçı və rejissor Səidə Haqverdiyevanın qadın talelərindən bəhs edən “Köhnə çamadanlar” adlı filmində çəkilmişəm. Artıq film montaj prossesindədir, fevralın sonu martın əvvəlləri tamaşaçılara təqdim olunacaq.” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa-aparıcı Zümrüd Qasımova bildirib. O daha sonra sənətdə baş verən qalmaqallardan danışıb.

“Sənət, yaradıcılıq olan yerdə söz-söhbət olur, amma bunu qalmaqala çevirmək məncə doğru deyil. Şəxsən mən heç vaxt qalmaqalla gündəmə gəlib, kiməsə söz atmamışam. Mənim kiməsə deyiləcək sözüm varsa onu efir yaxud sayt vasitəsilə deyil, telefonla zəng edib, özünə deyib həll etməyi üstün bilirəm. Qalmaqalsız da olmur. Sənət söhbətlərində qalmaqal ola bilər. Şəxsi qalmaqallar mənim üçün maraqlı deyil” deyə aktrisa bildirib.

Zümrüd Qasımova daha sonra həyat yoldaşının ona dəstəyindən danışıb.

“Həqiqətən də həyat yoldaşım mənə hər bir işimdə dəstəkdir. Sənətimə vurğundur, məni teatrda tamaşalarda izləməyə tez-tez gəlir. Bəzən festivallara da birlikdə gedirik. Yanımda olduğuna görə ona təşəkkürümü bildirirəm. Təbii ki, hər bir qadın istəyir ki, yanında onu başa düşən, dəyər verən bir insan olsun” deyə aktrisa bildirib.

Geri qayıt