Əsas Səhifə > Şou-biznes > "Yenə də bu gün onu xatırladıq..."

"Yenə də bu gün onu xatırladıq..."


1-02-2022, 16:07
"Yenə də bu gün onu xatırladıq..."
“Bu gün meyxana ustadı Ağasəlim Çıldağın doğum günü deyil. Mənə gün ərzində bir çox redaksiyalardan zəng vurub soruşublar. Onu deyim ki, Ağasəlim müəllim 1930-cu il avqustun 31-də anadan olub”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında meyxana ustadı Ağamirzə deyib. O, dayısı, meyxanaçı Ağasəlim Çıldağın bu gün doğum günü olmadığını ictimaiyyətə çatdırıb:

“İnsanlarımız çox sağ olsun ki, Ağasəlim müəllim xatırlayıb, onu yad edirlər. Bu gün Ağasəlim müəllimin doğum günü olması yanlışdır. Vikipediyada bunu düzgün qeyd etməyiblər. Ağasəlim müəllim yayda dünyaya gəlib. Yenə də bu gün onu xatırladıq. Meyxana gəlməyimdə doxsan faiz Ağasəlim Çıldağın rolu olub. O, mənim həm dayım, həm də ustadımdır. Ağasəlim Çıldağ Sovet dönəmində çətin vaxtlarda qorxmadan meyxana sənətini davam etdirdi. Bilirsiniz ki, Sovet hökuməti meyxanaya imkan vermirdi. Dəfələrlə məclislərə polis gəlirdi və məclisi dayandırırdılar”.

Qeyd edək ki, Vikipediyada Ağasəlim Çıldağın 1 fevral 1930-cu ildə anadan olduğu yazılıb. Ağasəlim 8 aprel 2008-ci ildə dünyasını dəyişib.

Geri qayıt