Əsas Səhifə > Şou-biznes > "Bizə qarşı haqsızlıq etdilər"

"Bizə qarşı haqsızlıq etdilər"


22-01-2022, 12:36
"Bizə qarşı haqsızlıq etdilər"
“Ötən il yadımda elə də pis qalmadı. Əsas odur ki, salamatçılıq oldu. Arzu edirəm ki, bundan sonra da ölkəmizdə əmin-amanlıq olsun. Bir neçə gün öncə 20 Yanvar hadisəsinin 32-ci ildönümünü qeyd etdik. Amma onu deyə bilərəm ki, aradan yüz il keçsə belə bu faciə həmişə bizim yaddaşımızdadır, bu, xatirimizdən heç vaxt silinməz. Çünki bizə qarşı haqsızlıq etdilər, əliyalın insanlara atəş açdılar. Bu günki qələbəmiz, müstəqilliyimiz o insanların qanı bahasına oldu. Yəni bizim birliyimiz o vaxtdan başladı”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Cabir Abdullayev deyib. Muğam ifaçısı bundan sonra ölkəmizə sülh və əmin-amanlıq arzu edib:

“Şəhidlərimizin etdiyi qəhrəmanlıq heç vaxt yadımızdan çıxmaz. Arzu edirəm ki, üstümüzdən bu qara bulud getsin. Bizim ən vacib məsələmiz Qarabağ torpağı idi və onu da ki, şükür Allaha azad etdik. İndi pandemiya, xəstəlik dünyanı öz cənginə alıb deyə nə qədər də olmasa bizi bir az çaşdırır. İnsanın da canı sağ olmalıdır ki, başqa işləriylə məşğul olsun. Təzə ildən gözləntilərim çoxdur. Qarabağımızda tək-tək hadisələr olur və inanıram ki, buna da son qoyulacaq və hamımız firavan yaşayacağıq”.

Geri qayıt