Əsas Səhifə > Şou-biznes > "Birdən gördülər ki, eyvanda insanlar onları kameraya çəkir"

"Birdən gördülər ki, eyvanda insanlar onları kameraya çəkir"


20-01-2022, 11:52
"Birdən gördülər ki, eyvanda insanlar onları kameraya çəkir"
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 32 il keçir. Bu faciəni anmaq üçün vətəndaşlarımız Şəhidlər Xiyabanını ziyarət etməklə yanaşı sosial şəbəkələrdə də həmin günlə bağlı xatirələrini bölüşürlər.

DİA.AZ BiG.AZ-a istinadən xəbər verir ki, məşhurlarımız da sosial media hesabında şəhidlərimizi anıblar. Əməkdar artist Aybəniz Haşımova "İnstagram" hesabında foto paylaşaraq həmin günü xatırlayıb:

"İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.
O gecə getsin, bir də gələsin. İndiyə kimi nə gözlərimin önündən, nə də qulaqlarımdan gedir o səslər. İlahi, necə çığırırdı insanlar, onlar uf demədən qarşısına keçəni biçirdilər. Eyvanda Dostu mamanı tək qoymamaq üçün yanında dayanmışdım. O, isə Rauf Səlimbəyli oğlunu haray çəkib çığırıb, ağlıyırdı. Elə bilirdi ki, oğlu da tankın üstündəki cəlladların gülləsinə tuş gəlib. Birdən gördülər ki, eyvanda insanlar onları kameraya çəkir və elə o zaman eyvanlara da atmağa başladılar. Vəhşilər nə qədər eyvanlarda dayanan insan var idi onları da əzrayıl güllələrinə qurban verdilər. Səhəri gün Dostu mamayla düşdük küçəyə və Şamaxinkadan aşağı bütün yollar qana bürünmüşdü. Şəhər sanki ölmüşdü. Hər 20 Yanvar tarixini xatırlayanda o günün acısı bütün ürəyimi didir, yandırır. O yanğı hələ də qəlbimdə Şəhidlər xiyabanında yanan məşəl kimi ürəyimdə yanır. Və mənimlə haqq dünyama gedəcək millətimə əl qaldıran, o əmri verən, o əmrə dəstək olan canilərin əlləri, beyinləri qurusun".

Geri qayıt