Əsas Səhifə > Şou-biznes > "Əbülfəs Qarayevin dövründən qalma teatr direktorları vəzifəsindən getməlidir!"

"Əbülfəs Qarayevin dövründən qalma teatr direktorları vəzifəsindən getməlidir!"


4-01-2022, 17:02
"Əbülfəs Qarayevin dövründən qalma teatr direktorları vəzifəsindən getməlidir!"
“Keşmiş mədəniyyət naziri Əbülfəs Qarayevin dövründən qalmış teatr direktorları ilə heç nə etmək olmaz. 20-25 il direktor vəzifəsində, kreslosunda oturmaq olar? Əgər teatra yeni bir nəfəs, gənc kadr gəlsə o zaman nəsə gözləmək olar, inanarsan ki, gəncdirlər, nəsə edəcəklər. Amma bu teatr direktorları 25 il heç nə etməyiblərsə bundan sonra da yenilik gözləmək möcüzə olar. Kimsə möcüzəyə inana bilər, amma şəxsən mən inanmıram”. DİA.AZ xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında tanınmış aktyor Əjdər Zeynalov bildirib:

“Artıq 4 ildir teatrda çalışmıram. Teatr məbədgahdır. Biz sənətkarlar bu məbədgahdan qidalanırıq. Səhnəsiz qalmaq mənə pis təsir edir. Biri var günahın var, adama təsir etməz, bilərsən ki, günah etmisən. Biri də var ki, saxtakarlıqla, işdə ola-ola səni işdən çıxarsınlar. Rəhbərlik də desin ki, “lotuyam əcəb edirəm, hara istəyirsən get şikayət elə”. Belə olan halda aktyor nə etməlidir? Şikayət edib, sözünü deməlidir. Əgər səni qəbul etmirlərsə vallah özüm də bilmirəm nə deyim, necə deyim? Yeni mədəniyyət naziri Anar Kərimovla görüşmüşəm, söz verib ki, nəsə işlə təmin edəcək. Dedi ki, sizin kimi aktyor niyə kənada qalmalıdır?

Dediklərim bütün direktorlara aid deyil, onların arasında işgüzarları da var. Dəqiq desək teatr direktorları içərisində İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev çox yararsız adamdır. Mədəniyyət sahəsinə bir ləkədir. Onu teatr aktyorlarının taleyi maraqlandırmır. Ancaq özü üçün çalışır. Əlinə fürsət düşüb, heç kim də dəyib toxunmur. Səbəbini biz bilirik, gərək aidiyyatı orqanlar bilsin ki, bu insan yararsız insandır.

İrəvan Dövlət Dram Teatrında bir peşəkar aktyor qalmayıb ki, tamaşa hazırlasınlar. Hazırladıqlaır da dərnək səviyyəsində tamaşalardır.

Mənim üçün çox çətindir. Mən aktyoram, teatrda olmalıyam, enerjimin ən yüksən dönəmindəyəm. Daha böyük rollar oynaya bilərəm, amma...”.

Geri qayıt