Əsas Səhifə > Şou-biznes > "Bir sənətkar üçün bundan gözəl nə ola bilər?"

"Bir sənətkar üçün bundan gözəl nə ola bilər?"


24-12-2021, 09:40
"Bir sənətkar üçün bundan gözəl nə ola bilər?"
“Cənab prezidentimizin bütün sahələrə diqqəti var. İstər mədəniyyətə, istər idmana, istərsə də digər sahələrə hər zaman böyük diqqət edir. O qalib xalqın qalib sərkərdəsidir. Doğum gününü, 60 illik yubileyini ürəkdən təbrik edirəm. Cənab prezident məni evlə təmin edib, 80 illik yubileyimdə isə mənə 2-ci dərəcəli “Əmək” ordeni verdi. Sənətimə də hər zaman diqqət yetirir. Bir sənətkar üçün bundan gözəl nə ola bilər?”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a xalq artisti Niyaməddin Musayev deyib. O daha sonra əlavə edib.

“Cənab prezidentlə ulu öndər Heydər Əliyevin prezident olduğu illərdə görüşmüşəm, təəssüf ki, prezident olandan sonra görüşmək qismət olmayıb. Görüşməsək də qəlbimizdədir, görüşsək də. İnşallah sağlıq olsa əlbəttə ki, görüşmək istəyərəm. O, xalqın qürurunu özünə qaytardı, 200 illik bir tarix yazdı. Bundan böyük sevinc, qələbə ola bilər? Cənab prezident çıxışlarından birində bildirdi ki, mən ata nəsihətini yerinə yetirib, torpaqlarımızı işğaldan azad etdim. Bu sözdə görün nə boyda hikmət var, nə gözəl sözdür. Mənə elə gəlir ki, torpaqlarımızın işğaldan azad olunması həm bizə, həm də cənab prezidentə ən böyük hədiyyədir” deyə sənətkar bildirib.

Geri qayıt