Əsas Səhifə > Şou-biznes > "Bu gün filmlər çəkilmir, çəkiləndə sponsor tapılmır"

"Bu gün filmlər çəkilmir, çəkiləndə sponsor tapılmır"


15-12-2021, 09:34
"Bu gün filmlər çəkilmir, çəkiləndə sponsor tapılmır"
Uşaqlığımız "Bəxtiyar”, "Qaynana”, "Mən mahnı qoşuram”, "Əhməd haradadır?”, "Ulduz”, "Şir evdən getdi” kimi musiqili filmləri izləyərək keçib. İndi də filmlərdə o musiqini, qəhrəmanların ifasında səslənən mahnıları axtarırıq.

Son bir neçə ildir kinoteatrlarda yerli filmlər boy göstərməyə başlayıb. Kinoteatrlara yol açan filmlərin 90 faizi isə komediya janrındadır. Onların əksəriyyəti bəsit süjetlərə, ucuz gülüşə əsaslanan, peşəkar rejissor işindən və aktyor oyunundan uzaq "kommersiya” filmləridir. Komediya filmi çəkən o rejissorlar isə bəstəkar musiqilərindən, musiqinin kinodakı funksiyasından bixəbərdirlər. Kinonun imkanlarından bəhrələnməklə əsl komediya filmi çəkmək kinematoqrafçıların və özünü kinematoqrafçı hesab edənlərin ağlına gəlmir, bəlkə də bu onlara sərf etmir.

Beləliklə də sual: Niyə hazırda musiqili filmlər çəkilmir? Ya da hanı bu filmlərin musiqisi?

DİA.AZ xəbər verir ki, moderator.az-ın suallarını isə Xalq artisti, bəstəkar Faiq Sücəddinov cavablandırdı.

- Əvvəllər belə deyildi, bir film ərsəyə gəlməsi üçün ssenarist, rejissor, bəstəkar oturub ortaq bir məxrəcə gəlir, fikir mübadilələri etdirirdilər. Hətta yadımdadır Tofiq Quliyev hər zaman giley edirdi ki, rejissorlar filmdə təqdim edilən musiqilərimi kəsib, doğrayırlar. Bəstəkar var ki, onların musiqiləri kino musiqisidir. Amma... Bu gün o üslubda çox az filmlərlə rastlaşırıq. Bu gün filmlər çəkilmir, çəkiləndə sponsor tapılmır.

- Bu gün komediyalar çəkilir, amma musiqisiz.

- Mən o komediyalara baxmıram. Həmin komediyalar özümüz baxıb, öz aramızda gülmək üçündür. O, komediyalar mənə maraqsızdır. Filmin maraqlı ssenarisi, sosial mesajı, yaxşı rejissor işi olmalıdır. Serialalrımızın da hamısı maraqsızdır, onlar bizim mentalitet və mədəniyyətimizdən uzaqdır.

- Bəs bu gün hazırlanan televiziya verilişlərimiz necə?

- Televziyada verilişlərdimiz də elədir, hamısı bir-birinə oxşayır, maraqsızdır. Ona görə ki, onu edən dramaturq olmayıb. Hər bir verilişin dramaturqu var. Layihə maraqlı olması üçün onu sifariş etmək lazımdır. Olmasa ancaq hardansa kopya olacaq. Elə etmək lazımdır ki, verilişlərimiz nə Rusiya, nə də Türkiyəyə layihələrinə oxşamasın. Kanallarımız bir-birindən layihə oğurlayırlar. Biri uğur qazananda o birilər də bundan köçürür. Onlar da məcbur olub bağlanır. Biz niyə Rusiya, Türkiyə telekanallarının verilişlərinə baxmalıyıq?
Özəl mədəniyyət verilişləri olmalıdır.

- Bəs bu gün treenddə olan musiqiləri necə dinləyirsinizmi? Trenddə olan musiqilərimizin əksəriyyəti hind ladları üzərində qurulub.

- Onların çoxu yad musiqilərdir. Bizim musiqimizə aidiyyatı yoxdur. Bu gün kanallar musiqilərimizi bu günə qoydu, onlar da istiqamətin dəyişdi. Bizim milli, gözəl musiqilərimizi bədnam qonşularımız oğurlayırlar. Biz isə...
Nə yaxşı bizim muğamlarımız var.

- Tarixi zəfərdən bir il ötür, amma bu bir il ərzində nə sanballı film, nə də hər hansı yeni musiqi eşitmədik.

- Hər yaradıcı insan özündən cavabdehdir. Mən “Zəfər” adlı simfonik poema yazmışam. O, poema İctimai Televiziyanın efirində nümayiş etdirilib. Ancaq hələ ki, film üçün o poemaya müraciət edən yoxdur.

Geri qayıt