Əsas Səhifə > Şou-biznes > "Yeni ili qarşılamağa həvəs var ki?!"

"Yeni ili qarşılamağa həvəs var ki?!"


13-12-2021, 10:21
"Yeni ili qarşılamağa həvəs var ki?!"
DİA.AZ: - Yeni ilə sayılı günlər qalıb. Pandemiyalı, məhdudiyyətlərlə dolu bir ili geridə qoyuruq.

Hər gələn il bizi hansı sürprizlərin gözlədiyini bilmədən yeni ili qarşılayırıq. Bu il də artıq dünyada, eynilə ölkəmizdə, paytaxt Bakıda da yeni il hazırlıqlarına başlanılıb.

DİA.AZ bildirir ki, əməkdar artist Çingiz Əhmədov gələn ili qarşılamağa hazır olmadığını deyib:

“Yeni ili çox pis qarşılayacağam. Şəhidlərimiz və qazilərimiz var. Yeni ili qarşılamağa həvəs var ki?! Ümumiyyətlə, çox çətin vaxta düşümüşük, bir üzümüz gülür, bir üzümüz gülmür. Dekabrın 27-si ad günümdür, ad günümü belə keçirə bilmirəm”.

Geri qayıt