Əsas Səhifə > Şou-biznes > “Yazdığım məktublar ünvanına çatmadığı üçün bunu etdim, abırıma, həyama sığınan insanam”

“Yazdığım məktublar ünvanına çatmadığı üçün bunu etdim, abırıma, həyama sığınan insanam”


6-12-2021, 17:09
“Yazdığım məktublar ünvanına çatmadığı üçün bunu etdim, abırıma, həyama sığınan insanam”
“Eybi yoxdur, Toliklə Cavanşir müəllimin müsahibəsindən kim nə yazırsa, öz problemidir. Mən heç kimə nə müsahibə vermirəm, nə də heç nə danışmıram. Kim nə lazım bilirsə, onu da yazır”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Füruzə İbadova deyib. Müğənni hələ ki, qaldırdığı problemlərin həll edilmədiyi bildirib:

“Yəqin ki, haqqı olan haqqını vaxtında alanda çox gözəl olur. Vaxtında verilməyəndə insan hər şeydən də küsür. Qaldırdığım problemlər hələ ki, elə də qalıb. Lazım olar, mənzilimi verərlər, lazım olmaz, yenə də çox sağ olsunlar. Mən öz dövlətimə bağlı insanam, ondan çox razıyam. Mənim zəhmətimi qiymətləndirib Əməkdar artist fəxri adımı veriblər. Diplomlar almışam, bir çox ölkələrdə qastrol səfərlərim olub. Bütün bunlar mənim uğurlarımdır.

Qaldı ki, çox istəyirdim ki, mənzil məsələm həll olunsun və buna görə dövlətimə arxalanım. Yəni dövlətimin qayğısına ehtiyacım olduğu üçün bunu demişdim. Bunu isə efir vasitəsilə demək istəməzdim. Amma ona qədər məktublar da yazmışdım, amma onlar ünvanına çatmadığı üçün od püskürdüm. Mən danışan insan deyiləm, abırıma, həyama sığınan bir insanam”.

Geri qayıt