Əsas Səhifə > Şou-biznes > “Elə sənət adamı var ki, fəxri adı alandan sonra heç üzünü də görmürük...”

“Elə sənət adamı var ki, fəxri adı alandan sonra heç üzünü də görmürük...”


29-11-2021, 11:49
“Elə sənət adamı var ki, fəxri adı alandan sonra heç üzünü də görmürük...”
“Millət vəkili Fazil Mustafanın fəxri adlarla bağlı fikirlərinə qoşuluram və dəstəkləyirəm. Bu gün sanki bir savaş gedir kim tez fəxri ad alacaq”

Bunu Moderator.az-a açıqlamasında telejurnalist Rövşanə Ağasəfqızı deyib. Onun sözlərinə görə fəxri ad alan aparıcılar sonra sanki yoxa çıxırlar:

“Bütün çaba ad uğrunadır sanki. Elə ki, fəxri ad aldı, vəssalam, forsu yerə-göyə sığmır. Elə sənət adamı var ki, fəxri adı alandan sonra heç üzünü də görmürük. Sənətində də yenilik yoxdur, köhnə oxuduqlarını nə qədər eşitmək olar. Qocalıb hələ 30 yaşındakı səsiylə millətə mahnı sırıyır. Eləsi var iki ildə bir mahnı yazdırır və adı da olur qlamur sənətçi. Bir ictimai-sosial məsələyə münasibəti yox, bir müstəqil fikiri yox, efirlərə də nazla çıxırlar. Qaldı ki, hörmətli millət vəkilinin fəxfi adların ləğvinin tərəfdarı olması fikrini alqışlayıram. Ümumiyyətlə, hesab edirəm ki, fəxri ad məsələsi intriqa, yersiz söz-söhbətə rəvac verir. Mənasız küskünlük, inciklik yaradır. Kim sənəti ilə məşğuldur, kim toy hayında, kim şou yaratmasında, kim gözəgirənliyində. Xalq isə hər şeyi çox gözəl ayırd edir və bilir”.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa açıqlaması zamanı fəxri adların ləğvini təklif edib.


Geri qayıt