Əsas Səhifə > Şou-biznes > "Bu barədə Milli Teleradio Şurasının sədri düşünsün, onun da dərdi mənə qalmayıb ki?!"

"Bu barədə Milli Teleradio Şurasının sədri düşünsün, onun da dərdi mənə qalmayıb ki?!"


26-11-2021, 09:23
"Bu barədə Milli Teleradio Şurasının sədri düşünsün, onun da dərdi mənə qalmayıb ki?!"
Şairə Nazilə Səfərli Moderator.az-ın suallarını cavablandırıb.

- Nazilə xanım, günləriniz necə keçir? Darıxdırıcıdır yoxsa gərgin?

- Yaradıcılığı olmayan insan üçün gün darıxdırıcı olmalıdır, mənim yaradıcılığım var. Niyə darıxıram? Ağacdan yarpağın tökülməsi də, təbiətin hər halı da mənim üçün hadisədir. İnsan var ki, yağış yağanda deyir ki, kefim pozuldu, işə getmək istəmir. İnsanın daxilində gərək həyat eşqi olsun.

- Maşallah əl qabiliyyətiniz çox gözəldir, bacarıqlı xanımsınız. Hazırladığınız hər bir təamı, qış tədarükünü instaqramda izləyiciləriniz ilə bölüşürsünüz. Amma sənətçilərin bir çoxu hazıra nazirdir.

- İndi yenə də özümü tərifləyim? (gülür). Biş-düş bacarmağın sənətə aidiyyatı yoxdur. Heç sənətdən xəbəri olmayan ev qadınları var ki, iki corabı yan-yana qoyub cütləyə bilmirlər. Qadının qadınlıq qabiliyyətləri var. Elə qadınlar var ki, Allah bu qabiliyyətləri onlardan əsirgəyib, eləsi də var ki, əsirgəməyib.

- Bir çox sənətçilər deyir ki, mən biş-düş bacarmıram. Məsələn, elə biri xalq artisti Brilliant Dadaşova.

- Biz uşaqlıqdan şəkərbura bükməyi Brilliantdan öyrənmişik, necə yani heç nə bacarmır?! Ən çətin şey şəkərbura bükməkdir, onu bacarırsa demək ki, hər iş bacarır. Sadəcə gözünü açıb ulduz olub o qız. Ehtiyac duymayıb ki, əlavə işlərlə məşğul olsun. Onun nəyinə lazımdır ki, üstəlik mətbəxdə də zaman keçirsin?! Amma istəsə əlbəttə ki, edər.

- Müsahibələrinizdə dönə-dönə deyirsiniz ki, xınayaxdı mərasimlərini seçirəm, hamısına getmirəm. Seçdiyinizə görə məclislərinizin sayı azalıb?

- Qazanc söhbəti pandemiyadan əvvələ qədər onsuz da zəif idi. Biz nə yaşamışıq, görmüşük devalvasiyaya qədər görmüşük. Ondan sonra gündəlik qazanc, dolanışıq üçün çalışmışıq. Bu gün 25-30 xına məclisi yoxdur. Heç gözlənilmir də. İnsanlar sanki əlavə xərcləri yığışdırır. Varlı həmişə varlıdır, onun üçün bir xına etmək problem deyil.

- Hətta bir gecədə arzuladığınız avtomobilin pulunu da qazanmısınız.

- Bəli, bu çoxdan olub. O zaman qazandığım pula avtomobil almışdım. Birinci avtomobilim idi, onu 2009-cu ildə əldə etmişdim.

- Necə düşünürsünüz, bu prosses nə vaxta kimi davam edəcək?

- Mən valideyn olaraq istəmərəm ki, bu dar macalda toy edim. Niyə edim ki? Hər halda hər qaranlıq gecənin bir işıqlı səhəri var. Onsuz da bir müddət sonra ölən öləcək, qalan qalacaq. Hamı qırılası deyil ki?!

- Planınızda deyəsən övladınıza toy etmək var?

- Xeyr, hələ ki, bir şey yoxdur.

- Şou-biznesdə olan gənc xanımlara nə demək istərdiniz? Yəqin ki, özünüzdə şahidi olursunuz ki, efirə açıq-saçıq geyimlərdə çıxıb, ağızlarına gələni danışırlar.

- Bu barədə Milli Teleradio Şurasının sədri düşünsün, onun da dərdi mənə qalmayıb ki?! Bir insan efirə o görkəmdə çıxırsa demək ki, bundan rəhbərliyin xəbəri var. Rəhbərliyin göz yumduğu nəyəsə görə mən özümü niyə yaman etməliyəm ki?

- Bir müddət əvvəl bağınızda nadir quş növü olan əbabil quşu tapmışdınız və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanlamışdınız. O quşun axırı necə oldu?

- Müraciətimdən sonra quşu gəlib apardılar. Yəqin ki, quşun qanadını sağaldıb təbiətə buraxacaqlar. Bir sözlə quşun axırı bütün quşların axıır kimi oldu (gülür).


Geri qayıt