Əsas Səhifə > Şou-biznes > "Ey Vətən" üstündə "qırğın" növbəti mərhələdə:

"Ey Vətən" üstündə "qırğın" növbəti mərhələdə:


11-11-2021, 16:02
"Ey Vətən" üstündə "qırğın" növbəti mərhələdə:
Xalq artisti Samir Cəfərovun ifa etdiyi “Ey vətən” mahnısının sözlərinin Aslan Abdullayevə aid olması müzakirələrə səbəb olub.

Moderator.az-a açıqlamasında Xalq artisti Samir Cəfərov da mahnının sözlərinin dəqiq kimə aid olduğunu bilmədiyini deyib:

“Bu məsələ mənə də müəmmalıdır. Mən də mahnının sözlərinin şair Dəmir Gədəbəyliyə aid olduğunu bilirdim. Bir müddət öncə bir qadın mənə yaxınlaşıb dedi ki, mən Aslan Abdullayevin qızıyam, “Ey vətən” mahnısının sözləri atama məxsusdur. Mən də təəccüb etdim və dedim ki, axı mahnının sözləri Dəmir Gədəbəylinindir. Dedi yox, mahnının sözləri atama məxsusdur, səhv yazırlar”.

Qeyd edək ki, “Ey vətən” mahnısını Xalq artisti Flora Kərimova da ifa edib.



Geri qayıt