Əsas Səhifə > Şou-biznes > Afaq Gəncəli ikinci verilişə hazırlaşır...

Afaq Gəncəli ikinci verilişə hazırlaşır...


11-11-2021, 09:12
Afaq Gəncəli ikinci verilişə hazırlaşır...
Bir müddət əvvəl çalışdığı ATV kanalını Xəzər telekanalına dəyişən Afaq Gəncəli “Səhər mərkəzi” verilişinə aparıcılıq edir.

Moderator.az-a etibarlı mənbədən daxil olan məlumata görə Afaq Gəncəli ikinci bir verilişə aparıcılıq edəcək.

Bu maqazin verilişidir və gələn aydan start götürəcək. Hətta artıq verilişin bir çox reportajları Afaq Gəncəlinin ATV-dən özü ilə birlikdə apardığı komandası tərəfindən hazırlanmaqdadır.

Qeyd edək ki, Afaq Gəncəli ATV də uzun illər “Atv maqazin onlarla” adlı şou verilişinə aparıcılıq edib.

Geri qayıt