Əsas Səhifə > Şou-biznes > "Azərbaycanda ara qarışanda Türkiyəyə köçdük"

"Azərbaycanda ara qarışanda Türkiyəyə köçdük"


10-11-2021, 12:30
"Azərbaycanda ara qarışanda Türkiyəyə köçdük"
"Kişilər olan məclislərə getimirdim, utanırdım. Ancaq xınayaxdılara gedirdim. Skripkaçı Natiq dedi ki, getməlisən, səni insanlar sevir. Toya insanların əzizləri dəvət edilir. Ondan sonra toylara getməyə başladım".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "7 canlı" verilişində deyib. Müğənni proqramda nümayiş olunan toy görüntülərindən danışıb.

Dadaşova daha sonra oğlu Cahadın onla bağlı arzusunu dilə gətirib:

"Oğlum dostunun anasını görmüşdü, mətbəxdə çox olurdu. Gəlib mənə deyirdi ki, istəyirəm kökələsən, mənə kotlet bişirib, mətbəxdə olasan. Yoldaşım, mən və oğlum Türkiyədə idik. Azərbaycanda ara qarışanda biz Türkiyədə qaldıq. Mənə orada vətəndaşlıq verdilər. Onda yeməkləri özüm edirdim, istəmirdim uşağım küçədən nəsə yesin".


Geri qayıt