Əsas Səhifə > Şou-biznes > “Sonradan bilmişəm ki, Elgiz həkimə tapşırıq verib ki...”

“Sonradan bilmişəm ki, Elgiz həkimə tapşırıq verib ki...”


6-11-2021, 09:58
“Sonradan bilmişəm ki, Elgiz həkimə tapşırıq verib ki...”
“Yay ayında qolumdan əməliyyat olunmuşdum. Bir neçə gün əvvəl də ayağımdan, topuq nahiyəmdən əməliyyat olundum. Topuğuma su yığılmışdı, şükür Allaha, indi yaxşıyam. Sən demə, aparıcı Elgiz həkimə tapşırıq verib ki, Lətifə xanımdan pul götürmə. Mən bunu sonradan bildim. Ona sizin vasitənizlə təşəkkür edirəm”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, aktrisa Lətifə Əliyeva bildirib. O, daha sonra əlavə edib.

“Elgiz tək mənə yox, hamıya, bütün sənətçilərə bu yaxşılıqları edir. Allah onun əzizlərini, ailəsini qorusun. Onun verilişinə gələn heç kim əliboş geri qayıtmır. O, bu yaxşılığı mənə aşkarda yox, gizlində edib. O, heç bir sənət insanları arasında fərq qoymur. Axı fərq qoyanlar çoxdur, insana bəzən aşağıdan yuxarı baxanlar da olur. Əməliyyat olunandan sonra bir neçə gün xəstəxanada yatdım, sonra evə buraxıldım. Əvvəlindən yaxşı gəzirəm, amma başım gicəllənir. Hər ehtimala qarşı əl ağacını yanımda götürürəm ki, birdən yıxılaram. Amma normalda əl ağacı ilə gəzmirəm. İnşallah ki, daha da yaxşı olaram” deyə xalq artisti bildirib.

Geri qayıt