Əsas Səhifə > Şou-biznes > İcra başçısından əli üzülüb Şəbnəm Tovuzludan kömək istəyən ailəyə REAKSİYA

İcra başçısından əli üzülüb Şəbnəm Tovuzludan kömək istəyən ailəyə REAKSİYA


5-11-2021, 11:56
İcra başçısından əli üzülüb Şəbnəm Tovuzludan kömək istəyən ailəyə REAKSİYA
Tovuzun Dondar Quşçu kəndinin sakini Ramil İsayev Moderator.az-a müraciət edərək Şəbnəm Tovuzludan kömək istəmişdi. O, şəraitsiz vəziyyətdə yaşadığını, uşaqlarına baxa bilmədiyini qeyd etmişdi. Müğənni Şəbnəm Tovuzlunun isə Ramil İsayevə cavabı çox gecikmədi. İfaçı həmyerlisinə ev tikdirəcəyini bildirib.

Şəbnəm Tovuzlu bu haqda Moderatoraz-a açıqlamasında özü deyib. Bildirib ki, ondan kömək istəyən həmyerlisinə yardım əlini uzadacaq:

“Xəbəri Moderator.az saytında görən kimi ailə ilə əlaqə qurdum. Çünki ürəyim razı olmazdı ki, o ailə çətin vəziyyətdə qalsın. Qarşıdan da qış gəlir. O körpələrin soyuqda qalacağını düşündükcə ürəyim parçalanır. Ramil bəyin ailəsi üçün 2 otaqlı ev tikdirəcəm. Bir ay ərzində ev hazır olacaq. Çünki evin tikilməsinə sabahdan başlanılacaq. Bu dünyada yaxşılıq qalacaq”.

Geri qayıt