Əsas Səhifə > Şou-biznes > "Hamı televiziya verilişlərindən ağızdolusu danışır, amma televiziyalarımıza kim baxır?"

"Hamı televiziya verilişlərindən ağızdolusu danışır, amma televiziyalarımıza kim baxır?"


28-10-2021, 11:55
"Hamı televiziya verilişlərindən ağızdolusu danışır, amma televiziyalarımıza kim baxır?"
“Televiziyalarımız məhv olub, ona görə də indi insanlar daha çox saytlara, internet televiziyalarına baxmağa üstünlük verirlər”

Bunu Moderator.az-a açıqlamasında aparıcı, aktyor Kamran Həsənli deyib:

“Baxış sayımız çox, istədiyimiz insanı qonaq çağıra bilirik və müstəqil şəkildə də fəaliyyət göstəririk. Hamımız televiziyalarımızdakı verilişlərdən ağızdolusu danışırıq, amma bu gün televiziyalarımıza kim baxır? Siz baxırsınız? Əlbəttə ki, yox. Hamımız kanalları dəyişməklə məşğuluq. Ona görə də bir-birimizi aldatmaq lazım deyil”.

K.Həsənli müğənnilərin fəxri adla bağlı narazılığına da münasibət bildirib:

“Doğrusu, bu işlə maraqlanmıram və heç münasibət bildirmək də istəməzdim. Qaldı ki, dünyanın heç bir yerində müğənnilərə fəxri ad verilmir. Bu ancaq postsovet respublikalarında qalıb. Görünür, bizim müğənnilər üçün fəxri ad vacibdir. Bu da sovetdən qalan ənənədir”.


Geri qayıt