Əsas Səhifə > Şou-biznes > "Həyatın hər anından zövq almaq lazımdır"

"Həyatın hər anından zövq almaq lazımdır"


16-09-2021, 09:08
"Həyatın hər anından zövq almaq lazımdır"
“Yay başlayandan tətilimi çox gözəl keçirirəm, hələ də mənim üçün tətil bitməyib, davam edir. Ümumiyyətlə, yay fəslini çox sevirəm. Bu il tətilim daha tez, may-iyun aylarında başladı. Hansısa işimə görə heç vaxt istirahəti təxirə salmamışam. Həyat yoldaşımla istər xarici ölkələrdə, istərsə də Azərbaycanda istirahət etdim. Bu il həyatımda hər bir şey çox gözəl oldu. Şükürlər olsun Allaha. Təbii ki, sənəti də, işi də unutmamışam. Bir ay ərzində tamaşaçılarımı sürpriz gözləyir, onun nə olacağını indidən deyə bilmərəm, özünüz görəcəksiniz və inanıram ki, hər kəs bunu bəyənəcək”

Bunu Moderator.az-a açıqlamasında müğənni Sevda Yəhyayeva deyib. O daha sonra əlavə edib.

“Həyatın hər anından zövq almaq lazımdır. Deyə bilmərəm ki, həyat indi, yaxud daha əvvəl mənim üçün gözəl idi. Mənim üçün hər anı gözəldir. Yetər ki, həyatda hər şeyi öz axarına buraxmaq lazımdır, nə isə dəyişib-dəyişməmək həmin andan asılıdır. Bizim həyatımızı dəyişə biləcək andan. Yetər ki, etdiyin hərəkətdən sonradan peşman olmayasan. Çox şükürlər olsun ki, həyatda elə bir anlar yaşamamışam ki, sonra da peşman olum” deyə müğənni bildirib.

Sevda Yəhyayeva sənət rəqabətlərindən də danışıb.

“Bizim müğənnilik sənəti rəqabətləri sevir və bu həmişə olmalıdır. Rəqabət olmayan yerdə tərəqqi və inkişaf olmaz. Əslində bu yaxşıdır. Konkret kimlərin mənimlə rəqabət apardığını bilmirəm. Əgər inkişafdayamsa, mənə çatmaq üçün rəqabət aparmalıdırlar” deyə müğənni bildirib.


Geri qayıt