Əsas Səhifə > Şou-biznes > AzTv-də kadr dəyişikliyi: Alışanovu o əvəz edəcək

AzTv-də kadr dəyişikliyi: Alışanovu o əvəz edəcək


10-09-2021, 17:22
AzTv-də kadr dəyişikliyi: Alışanovu o əvəz edəcək
AzTv-də növbəti kadr dəyişikliyi baş verib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, avqustun sonu televiziyanın Baş proqram direktoru vəzifəsindən uzaqlaşdırılan İlham Alışanovu Emin Hüseynov əvəz edəcək.

Bundan sonra dövlət kanalının proqram siyasətini o müəyyənləşdirəcək.

Qeyd edək ki, Emin Hüseynov Lider televiziyasının baş prodüseri olub. O, zamanında ən reytinqli verilişlər olan “Milyonçu” və “Zəif bənd” proqramlarının prodüserlik edib. Bir müddət MTV-yə də rəhbərlik edib. Sonuncu iş yeri isə Azərbaycan Dövlət Reklam Agentliyi olub.

AzTv-də kadr dəyişikliyi: Alışanovu o əvəz edəcək


Geri qayıt