Əsas Səhifə > Şou-biznes > "Bu sənət deyil ki, həmişə yaddaşlarda qalsın"

"Bu sənət deyil ki, həmişə yaddaşlarda qalsın"


8-09-2021, 08:37
"Bu sənət deyil ki, həmişə yaddaşlarda qalsın"
Teatrlar fəaliyyətini dayandırandan aktyorların bir qismi sosial şəbəkədə fenomen, blogger olaraq tamaşaçılarla ünsiyyətdə olmağa üstünlük verirlər. Gün keçdikcə sənətdən bir addım daha uzaqlaşan aktyorların bir qismi sosial şəbəkə fenomen kimi məşhurlaşmağa başlayırlar.

Mövzu ilə bağlı Moderator.az-a danışan aktyor Elçin İmanov bu məşhurluğun keçici olduğunu vurğuladı:

“Pandemiya dönəmində aktyorların blogger kimi fəaliyyət göstərməsinə pis baxmıram. Kiminsə hər hansı istedadı varsa bu çox yaxşıdır. Ancaq bunun özü fenomenlik deyil, gündəmdir. Onunla bir-iki gün gündəmdə qalırsan, bir aydan sonra tamam yaddan çıxırsan. Bu sənət deyil ki, həmişə yaddaşlarda qalsın. Bu adi bir şeydir. Bugün baxdım maraqlı oldu, sabah o yaddan çıxıb getdi. Mən də sosial şəbəkələrin aktiv iştirakçısıyam. Amma….”.

Elçin İmanov aktyorların fenomenə çevrilməsini müvəqqəti adlandırdı: “Fenomen sözü bir qədər gurultulu səslənir. İnanmıram ki, “like”-a görə çabalayanlar bir ildən sonra yaddaşlarda qalsın. Sənətə aidiyyatı olmayan bir şey yadda qalan, qalıcı deyil”.

Geri qayıt