Əsas Səhifə > Şou-biznes > "Bu bir başlanğıcdır"

"Bu bir başlanğıcdır"


6-09-2021, 08:57
"Bu bir başlanğıcdır"
Qarşıdan 44 günlük Vətən müharibəsinin ildönümü gəlir.

Maraqlıdır, bu tarixi zəfər, böyük qələbə ədəbiyyatımızda öz əksini yetərincə tapırmı? Yaxın gələcəkdə bu istiqamətdə yeni ədəbi əsərlərin yaradılması nə dərəcədə zəruridir?

Moderator.az-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza artıq bu yöndə bir sıra addımların atıldığına diqqət çəkib:

“Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təşəbbüsü ilə, sədr müavini Rəşad Məcidin redaktorluğu ilə (ön söz Rəşad Məcid) "Qarabağ dastanı - 30 ilin həsrəti, 44 günün zəfəri" adlı kitab çap edildi. Almanax halında çap edilən kitabda qarabağlı qələm adamlarının məqalələri, şeirləri yer alıb. Şəhidlərimizə, zəfərimizə həsr edilimiş ayrı-ayrı onlarla kitab üzü görüb. AYB-nin "Ulduz" jurnalı Qarabağa xüsusi buralıxlış həsr edib. "Ədəbiyyat qəzeti" müntəzəm olaraq zəfərə, şəhidlərimizə həsr edilmiş əsərlər, hekayələr, məqalələr, şeirlər dərc edir.

Düşünürəm ki, bu bir başlanğıcdır. Yazıçılarımızın zəfərə həsr edilmiş əsərlərinə bundan sonra da rast gələcəyik. Bilirsiniz ki, roman uzun zaman tələb edir. Yaxın illərdə bu münasibətlə yazılmış romanları da oxuya biləcəyimizə inanıram”.


Geri qayıt