Əsas Səhifə > Şou-biznes > “Kim mənə qarantiya verəcək ki, vurdurduğum peyvəndin 5-10 ildən sonra hansısa fəsadları olmayacaq?”

“Kim mənə qarantiya verəcək ki, vurdurduğum peyvəndin 5-10 ildən sonra hansısa fəsadları olmayacaq?”

23-08-2021, 10:16

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan deyib.

Vaksinasiyaya qarşı çıxan ifaçı peyvəndin fəsadları olduğunu iddia edib:

“Bəlkə elə sonda hamımız zombiləşdik? İmkan verin həyatımızı yaşayaq, özümüzün qayğısına qalaq. Əvvəllər vaksinasiyanın məcburi olmadığını bildirdilər. İndi niyə məcburidir? İnanın ki, siz canımızı bizim qədər istəyə bilməzsiniz”.

Onun bu fikirləri birmənalı qarşılanmayıb, bir çox vətəndaş Səidə Sultanı buna görə qınayıb.

Qeyd edək ki, Operativ Qərargahın son brifinqində sentyabrın 1-dən etibarən vətəndaşların restoranlara, mehmanxanalara və bir sıra iaşə obyektlərinə buraxılmadan öncə COVİD-19 pasportlarının yoxlanılacağı elan olunub.

Geri qayıt