Əsas Səhifə > Şou-biznes > "Mən indi başa düşdüm ki, Azərbaycanda xurafat niyə günü-gündən inkişaf edir!"

"Mən indi başa düşdüm ki, Azərbaycanda xurafat niyə günü-gündən inkişaf edir!"


23-08-2021, 10:00
"Mən indi başa düşdüm ki, Azərbaycanda xurafat niyə günü-gündən inkişaf edir!"
Mən indi başa düşdüm ki, Azərbaycanda xurafat niyə günü-gündən inkişaf edir! Onu da başa düşdüm ki, xristianlar niyə müsəlmanlardan qorxurlar. Çünki bu müsəlmanların xurafata uyanları cahillikdən, savadsızlıqdan, nadanlıqdan qətiyyən əl çəkmək fikrində deyillər, belələri çox qorxunc olurlar! Bir fikirləşin, minlərlə adam küçələrə çıxıb, özlərini döyəcləyə- döyəcləyə, "şaxsey-vaxsey" bağıra-bağıra 1500 il əvvəl baş vermiş qanlı ərəb hadisəsinə yas saxlayırlar!

Ağıllı-savadlı adamlar isə yazırlar ki, müqəddəs Kitabımızda aşura deyilən bir şey yoxdur! Bəs xurafatçılar 21-ci əsrdə, ilin-günün bu vaxtında nə düşüblər ortalığa? Bunların qarşısı niyə alınmır? Çünki bu adamların güclü bir "staragetiyası" var: kim onların əleyhinə desə, yazsa, ona qarşı "səlib yürüşü" təşkil etmək, hücum kampaniyasına başlamaq! Ona görə də, ziyalı insanlar "bu həssas mövzudur" deyə, xurafatçılara baş qoşmaq istəmirlər. Nəticədə xurafat getdikcə çoxalır, millətin çox hissəsi də savadsızlıqdan, cahillikdən o tərəfə "yıxılır"! Bir də axı, o mərasimləri yerinə yetirməyi hamı bacara bilər! Qoşul qaraguruha, onlar qışqırır, sən də qışqır! Adam dəhşətə gəlir!

Bu günlərdə mən bu barədə saytların birində bir məqalə yazmışdım. Minlərlə adam məni təqdir etdi, minlərlə adam isə təhqir etdi! Bu təhqir edənlərdən soruşuram: Nə istəyirsiniz? Mənim və mənim kimilərinin də xurafata baş əyməyimizi istəyirsiniz? Bu arzunuz gözünüzdə qalacaq! Bu yazını yazmağımın isə bir məqsədi var: Kim məni təhqir edibsə, dediklərini özlərinə, ailələrinə geri götürsünlər! Başa düşsünlər ki, biz onlar kimi ola bilmərik!.. Bir də dövlətimizin münasibətini bilmək istəyirəm: Xurafatla ciddi mübarizə nə zaman kəskin şəkil alacaq?

Xeyrəddin Qoca, Sabiq baş konsul, publisist
//moderator.az//


Geri qayıt