Əsas Səhifə > Şou-biznes > "Dədə-babadan belə bir fikir var ki, bu ayda toy edənlərin bəxti qaramat olar"

"Dədə-babadan belə bir fikir var ki, bu ayda toy edənlərin bəxti qaramat olar"


11-08-2021, 11:38
"Dədə-babadan belə bir fikir var ki, bu ayda toy edənlərin bəxti qaramat olar"
Avqustun 10-dan hicri təqvimin Məhərrəm ayı başlayıb. Sentyabrın 8-dən başlayacaq Səfər ayı isə miladi təqvimlə oktyabrın 7-də başa çatacaq. Bu hüzn aylarında təmtəraqlı məclislər, xüsusən toy mərasimləri, müxtəlif əyləncələr, şənliklər keçirmək məqsədəuyğun hesab olunmur. Çörəyi toydan, el şənliklərindən çıxan sənət adamları bu ayda demək olar ki, işsiz qalırlar.

Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı bu ayın istirahət ayı deyil, hüzn ayı olduğunu xatırladıb:

“Yanaşmaq düzgün deyil. Bu ay əzadarlıq ayıdır. Bu dövrdə gərək yas saxlayasan, hörmət əlaməti olaraq hüzn tutasan. Allahın imamına zülm edilən aydır. Dədə-babadan belə bir fikir var ki, bu ayda toy edənlərin bəxti qaramat olar”.

Xanım sənətçi işsiz qaldığı ayda özünə vaxt ayıracağını bildirib:

“O ki qaldı iş məsələsinə, işlədik, yorulduq. İş olmayan vaxtlarda bədənimiz robotluqdan çıxacaq. Bu il uşaqları heç yerə apara bilməmişəm, elə “evdə qal” deyə-deyə heç yerə getməmişik. Artıq onları gəzdirəcəm, xüsusən, dənizə aparacam. Daha sonra toparlanıb rayona getmək istəyirik ki, dağ havası udaq. Qayıdanda pandemiya olmasa, dərslər başlayacaq. Onlara qrafik hazırlamaq niyyətim var: dərs, rəqs, idman, hazırlıq. Çünki qapanma dövründə bunların heç birin edə bilmədik, uşaqları çox sərbəst buraxdım. İndi bir az sıxmaq istəyirəm ki, başları işləsin. Hər kəsə dağ havası, dəniz havası, xoş istirahətlər arzu edirəm”.


Geri qayıt