Əsas Səhifə > Şou-biznes > "Nəhayət İbrahim Borçalını toyda görə bildik"

"Nəhayət İbrahim Borçalını toyda görə bildik"


11-08-2021, 10:31
"Nəhayət İbrahim Borçalını toyda görə bildik"
Müğənni İbrahim Borçalı uzun müddətdən sonra toya gedib.

Lent.az xəbər verir ki, oğlunun vaxtsız ölümündən sonra sənətdən uzaqlaşan sənətçi ilk dəfə toyda iştirak edib. Belə ki, İbrahim Borçalı oğlunun uşaqlıq dostunu toyunda əlinə mikrafon alıb. Bu barədə şairə Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşım edərək bildirib.

“Nəhayət İbrahim Borçalını toyda görə bildik. Xahiş edirəm koment yazanda diqqətli olaq. Qəlb qırmayaq. Çünki İbrahim oğlunun ən yaxın uşaqlıq dostu Nərgizin toyuna gəlib. Hamımızı kövrəltdin , İbo”.

Qeyd edək ki, müğənni İbrahim Borçalının oğlu Rəhim ötən ilin iyul ayının 18-də avtomobil qəzasında dünyasını dəyişib.


Geri qayıt