Əsas Səhifə > Şou-biznes > "Məclisin sonunda bildim ki, toyun pulunu çıxara bilib deyə, axırda sevinir"

"Məclisin sonunda bildim ki, toyun pulunu çıxara bilib deyə, axırda sevinir"


10-08-2021, 12:12
"Məclisin sonunda bildim ki, toyun pulunu çıxara bilib deyə, axırda sevinir"
Artıq bu gündən Məhərrəm ayı başlayır. Sentyabrın 8-dən başlayacaq Səfər ayı isə oktyabrın 7-də başa çatacaq.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır. Ötən ayın əvvəlindən qadağası götürülən toyların yenidən dayandırılacağı ilə bağlı söyləntilər var.

Bəs sənət adamlarının bu bir ay ərzində iştirak etdikləri toylarda nə müşahidə ediblər?

Yenisabah.az-a mövzu barədə danışan müğənni Xuraman Şuşalı iştirak etdiyi bəzi toylarda insanların aqressiya dolu olduğunu deyib:

“Bu bir ay ərzində iştirak etdiyim toy məclisləri, xınayaxdılardan müşahidəm o oldu ki, insanlarda aqressiya çoxalıb. Bir müştərimdə daha çox aqressiya var idi, amma toyun sonunda gəlib məni qucaqlayıb, xoş sözlər dedi. Amma məclis boyu qanı qara idi. Məclisin əvvəlindən axırına qədər başa düşmürdüm ki, o niyə elə narahat, gərgindir.

Müştərim elə gərgin olanda mən özüm də çox narahat oluram. Başa düşə bilmirdim ki, nədən narazıdır. Məclisin sonunda bildim ki, toyun pulunu çıxara bilib deyə, axırda sevinir. Sən demə, bütün narahatlığı məclisin pulunu verib, verə bilməyəcəyi ilə bağlı imiş. Sonda gəlib məni elə qucaqlamağı şoka saldı. Onda başa düşdüm ki, insanların problemi çoxdur, camaatda da pul yoxdur, pandemiyadan çıxmışıq, işsizlik, pulsuzluq hər kəsi narahat edir.

Həmin toy yiyəsi də məclis boyu məhz pula görə stress içində imiş. Buna baxmayaraq, sevinənlər də az deyildi, bu bir ayda toylar yaxşı keçdi, hər şey əla idi, təki toylar olsun. Sadəcə bir-iki məclisimdə bu cür gərginlik hiss elədim. O da toy etmək arzusu olub, imkanı olmayan şəxslər idi, toy boyu düşünürdülər ki, bu yükün altından necə çıxacağam, onun stressini yaşayırdılar”.

Bir müddət əvvəl koronavirusa yoluxan xanım müğənni xəstəliyin onda müəyyən fəsadlar yaratdığını bildirib:

“Toylardan əlavə də pandemiya insanları aqressiv edib. Bu hamıda var. Bu karantin psixoloji olaraq insanlara çox pis təsir elədi. Bir müddət əvvəl mən də koronavirusa yoluxdum, xəstəlikdən sonra məndə ağır fəsadlar oldu: sintetik paltarlar geyindiyim anda allergiya verirdi. Toylara geyindiyim paltarları evə gəlib çıxaranda ayağıma qədər səpkilər görürdüm. Qaşınmalar olurdu, divanda otura bilmirdim. Şükür ki, dənizə getdim və bu səpkilər getdi. Koronadan sonra məndə belə fəsad yarandı”.


Geri qayıt